Ölkədə özəl təhsil müəssisələrinin sayı artır – Təhsil naziri

Dövlət təhsil müəssisələri ilə yanaşı ölkədə özəl məktəblərin də
sayı artır.

Trend-in məlumatına görə, bunu təhsil naziri
Emin Əmrullayev “Təhsil biznesi: problem və perspektivlər”
mövzusunda ictimai müzakirədə çıxışı zamanı deyib.

O qeyd edib ki, hazırda ölkədə şagirdlərin cəmi 1 faizdən az
hissəsi məhz özəl məktəblərdə təhsil alır.

“Özəl məktəb təsisçiləri mənfəəti deyil, təhsili düşünməlidilər.
Bir çox ölkələrin təcrübəsinə baxsaq, xüsusilə də Türkiyədə özəl
təhsil müəssisələrinin heç də hamısı mənfəət əldə etmir”, – deyə
nazir əlavə edib.

Teqlər: