Ölkədə ilk dəfə sahibkarlar smartfonları ilə ödənişlər qəbul edə bilərlər

Kapital Bank hüquqi şəxs və fərdi sahibkarlara Azərbaycanda ilk
dəfə yeni Mobil POS xidmətini təqdim edir. İqtisadiyyat Nazirliyi
yanında Dövlət Vergi Xidməti ilə birgə təqdim edilən bu xidmət
vasitəsilə artıq sahibkarlar ənənəvi POS-terminal əvəzinə
kartlardan, ağıllı saatlardan, stikerlərdən və digər təmassız
ödəniş üsullarından ödənişləri smartfonları vasitəsilə qəbul edə
biləcəklər. Bu xidmət IBA Group beynəlxalq İT şirkəti tərəfindən
hazırlanıb.

Xidmətdən yararlanmaq üçün Android əməliyyat sisteminə məxsus və
NFC modulu olan smartfona sahib, həmçinin Müştəri Bank sisteminin
istifadəçisi olmaq mütləqdir. Əsasən ticarət və xidmət sektorunda
fəaliyyət göstərən kiçik sahibkarlar (bərbər, dərzi, kuryer, taksi,
ayaqqabı təmiri, köşk sahibləri, qida sektoru, kiçik ticarət,
meyvə-tərəvəz və s.) üçün əlverişli olan bu yeniliyi tətbiq etməklə
əlavə POS-terminal qurğusunu əldə etməyə, həmçinin onun daşınmasa
ehtiyac yoxdur. Xidmətə qoşulmaq üçün Kapital Bank filiallarına
gəlmədən, Müştəri Bank mobil tətbiqi vasitəsilə onlayn formada tam
olaraq pulsuz həyata keçirmək olar.

Xidmətə qoşulmaq üçün Müştəri Bank mobil tətbiqindən şirkətin və
istifadəçilərin müvafiq məlumatlarını qeyd etdikdən sonra, sifariş
ASAN İmza vasitəsilə səlahiyyətli şəxs tərəfindən imzalanmalıdır.
Qoşulma tamamlandıqdan sonra bu haqda səlahiyyətli şəxsə e-mail və
bildiriş göndərilir. Mobil POS vasitəsilə ödəniş qəbul etmək və
həmçinin, əməliyyat tarixçəsinə və mövcud Mobil POS terminallarının
məlumatlarına baxmaq olar. Bu yenilik yaxın gələcəkdə digər
əməliyyat sistemləri istifadəçiləri üçün də tətbiq ediləcək.

Qeyd edək ki, Müştəri Bank vasitəsilə rahat və təhlükəsiz
şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: təcili
köçürmələr, büdcə ödənişləri, cari hesabın tam onlayn şəkildə
açılması, əməkhaqqı layihəsinə qoşulma, əməkhaqqı kartlarına
mədaxil, əməkhaqqı kartlarının sifarişi və çatdırılması biznes və
sahibkar kartlarının sifarişi, ölkə daxili və ölkə xarici nağdsız
köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət,
çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat, onlayn
kredit məhsulları sifarişi (overdraft, kredit, qarantiya, sürətli
tender və s.), QR vasitəsilə nağdlaşma, Kliklə ödə xidməti və
s.

Müştəri Bank sisteminə qoşulmaq üçün https://cb.kapitalbank.az/login
inkinə keçid etmək və ya (+99 412) 310 09 99 nömrəsi ilə əlaqə
saxlamaq kifayətdir. Qeyd edək ki, Müştəri Bank sistemi vasitəsilə
həyata keçirilən bütün köçürmələr zamanı 25%-dək güzəşt əldə etmək
mümkündür.

Teqlər: