Ombudsman Aparatının nümayəndələri valideyn himayəsindən məhrum uşaqlarla görüşüblər

Ombudsman Aparatının nümayəndələri “Ümid Yeri” Uşaq
Sığınacağında valideyn himayəsindən məhrum olmuş uşaqlarla
görüşüblər.

Qurumdan AzerTimes-a verilən
məlumata görə, uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar
Ağayeva və Ombudsmanın Milli Preventiv Qrupunun üzvü, psixoloq
Ülkər Həsənova uşaqlarla söhbət edərək, onların vəziyyəti ilə
maraqlanıblar. Görüş zamanı uşaqların fərdi-psixoloji
xüsusiyyətləri qiymətləndirilib, onlara psixoloji yardım göstərilib
və hüquqları izah edilib.

Müəssisə rəhbəri ilə uşaqların təhsil, qəyyumluq məsələsi və
hüquqlarının təmini ilə bağlı vəziyyət müzakirə olunub, bu
istiqamətdə zəruri tədbirlərin davam etdiriləcəyi bildirilib.

Teqlər: