Bu il 265 şəxs barəsində cinayət işinin istintaqı tamamlanıb

Bu ilin yanvar-mart ayları ərzində prokurorluq orqanları
tərəfindən 265 şəxs barəsində başlanmış cinayət işinin istintaqı
tamamlanıb.

AzerTimes-ın xəbərinə görə, bu
barədə Baş Prokurorluğun məlumatında deyilir.

“Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş
Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks
etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial
şəbəkələrdə günün rəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir.

Bu günün rəqəmi isə 265-dir.

Belə ki, 2022-ci ilin yanvar-mart ayları ərzində prokurorluq
orqanları tərəfindən 265 şəxs barəsində başlanmış cinayət işinin
istintaqı tamamlanıb.

Prokurorluq orqanlarının fəaliyyətindəki bu və ya digər
yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin
izlənilməsi tövsiyə olunur”, – məlumatda bildirilir.

Teqlər: