Ölkə ərazisində qeyri-qanuni avtovağzal xidməti göstərilən yerlər müəyyən edilib

Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən avtovağzalların
işində səmərəliliyin artırılması ilə bağlı tədbirlər planı
hazırlanıb. Tədbirlər planına əsasən respublika ərazisində
qeyri-qanuni avtovağzal xidməti göstərilən yerləri müəyyən
edilib.

Bunu AzerTimes-ın sorğusuna cavab olaraq Dövlət Avtomobil Nəqliyyatı
Xidmətindən bildiriblər

Onların fəaliyyətinin dayandırılması üçün aidiyyatı üzrə
müraciət ediləcək. Hazırda əsas problem kimi heç bir texniki
yoxlamadan keçməyən və bəzi hallarda sərnişindaşıma tələblərinə
cavab verməyən avtobuslarla qanunsuz reyslərin həyata
keçirilməsidir. Bu da öz növbəsində qanuni fəaliyyət göstərən
avtobusların reysə çıxmasına mane olur, daşıyıcıların
rentabelliliyinə ciddi zərbə vurur.

Avtomobil nəqliyyatı ilə daşımalarda təhlükəsizliyin təmin
olunması, iş və istirahət rejiminə əməl edilməsi, xüsusilə
qeyri-qanuni fəaliyyət göstərən avtonəqliyyat vasitələrinin
sürücülərinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə Dövlət
Avtomobil Nəqliyyatı Xidməti müvafiq dövlət qurumu ilə birgə
reydlər keçirir. Gələcəkdə bu reydlərin davam etdirilməsi nəzərdə
tutulur.

Teqlər: