Məşhəddə bıçaqlı hücum baş verib, yaralılar var

İranın şimal-şərqindəki Məşhəd şəhərində bıçaqla silahlanmış
naməlum şəxs İmam Rza ziyarətgahında insanlara hücum edib.

Trend-in
məlumatına görə, hadisə nəticəsində iki nəfər yaralanıb. Yaralı
şəxslər xəstəxanaya yerləşdirilib.

Hücum edən şəxs saxlanılıb.

Hazırda hadisənin təfərrüatları ilə bağlı araşdırma
aparılır.