Azərbaycanla İran arasında yeni kommunikasiya bağlantıları barədə Anlaşma Memorandumu təsdiqləndi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə
İran İslam Respublikası Hökuməti arasında İran İslam
Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının
Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası
arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında
Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Fərman
imzalayıb.

AzerTimes xəbər verir ki,
Fərmanla 2022-ci il martın 11-də Bakı şəhərində imzalanmış
“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası
Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə
Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə
Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya
bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” təsdiq
edilir.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu
qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nazirlər
Kabineti onun müddəalarının həyata keçirilməsi üçün tədbirlər
görəcək.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma
Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili
prosedurların yerinə yetirildiyi barədə İran İslam Respublikası
Hökumətinə bildiriş göndərəcək.

Teqlər: