Olimpiya Komplekslərinin idarə olunmasında yeni yanaşmaya ehtiyac var – Nazir

Fevralın 28-də gənclər və idman naziri Fərid Qayıbov Olimpiya
İdman Komplekslərinin direktorları ilə görüşüb.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, görüşdə komplekslərin qarşılaşdıqları çətinliklərin
həlli yolları və onların fəaliyyətlərinin təkmilləşdirilməsi
məsələləri müzakirə edilib.

Olimpiya İdman Kompleksləri uşaq-gənclər idman məktəbləri və yerli
icra hakimiyyəti orqanlarının birgə fəaliyyəti sayəsində idmanda
kütləviliyin artırılmasında görülən işlər, inkişaf etdirilən idman
növlərinin sayının artırılması da müzakirə olunub. Bu baxımdan ilin
bütün fəsillərində komplekslərin fasiləsiz və səmərəli işini təmin
etməyin vacibliyi də vurğulanıb.

Olimpiya İdman Komplekslərinin idarə olunmasında yeni yanaşmaya
ehtiyac olduğunu qeyd edən Fərid Qayıbov bildirib ki, bu qurğuların
səmərəli fəaliyyətini təmin etmək nazirliyin əsas məqsədlərindən
biridir.


Teqlər: