İlahiyyat İnstitutunun tələbələri Heydər məscidini ziyarət ediblər (FOTO)

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri ulu öndər
Heydər Əliyevin adını daşıyan məscidi ziyarət ediblər.

Tələbələrə məscidin inşası və fəaliyyəti haqqında geniş məlumat
verilib.

Ziyarət zamanı Heydər məscidinin axund müavini Rza Rzayev, axund
köməkçisi Cəfər Cəfərov tələbələrlə müxtəlif mövzular ətrafında
müzakirələr aparıb, onları maraqlandıran sualları
cavablandırıb.

Qeyd edək ki, Aİİ tələbələrin dünyagörüşlərinin
formalaşdırılması, intellektual səviyyələrinin, mənəvi dünyalarının
zənginləşdirilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi,
sosial məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən, fərdi
özünüifadə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində ardıcıl
tədbirlər təşkil edir.

Teqlər: