Qadınların hərbi məktəblərdə təhsil alması təklif edilir

Xəbər - Elçin Mehdiyev – Trend:

Qadınlara ali hərbi məktəblərdə təhsil almaq imkanı yaradılması
təklif edilir.

AzerTimes-ın
məlumatına görə, bu barədə Azərbaycan Respublikasının İnsan
hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə
məruzəsində əksini tapıb.

Belə ki, məruzdə qadınların təhsil və bərabərlik hüququnun təmin
edilməsi məqsədi ilə onların xüsusiləşdirilmiş ali hərbi təhsil
müəssisələrində təhsil almaq üçün müraciət etmək imkanlarının təmin
olunması təklif edilir.

Həçinin məruzədə çağırışçıların hüquqlarının səmərəli qorunması
baxımından, həmçinin Silahlı Qüvvələrin şəxsi heyətinin
sağlamlığını daha səmərəli təmin etmək üçün Azərbaycan
Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin yerli qurumlarında fəaliyyət göstərən Çağırış və Hərbi
həkim komissiyalarına peşəkar mütəxəssislərin cəlb edilməsinə
diqqətin artırılması və bu komissiyaların fəaliyyətinə nəzarətin
gücləndirilməsi təklifi əksini tapıb.

Teqlər: