Oğuzda yaşayış evində yanğın baş verib, ölən var

Oğuz rayonunun Şirvanlı kəndində ümumi sahəsi 77 m² olan
birmərtəbəli evin yanar konstruksiyaları 40 m² sahədə yanıb.

Trend Fövqəladə
Hallar Nazirliyinə istinadla xəbər verir ki, yanğın yerinin
kəşfiyyatı zamanı ev sahibi, 1940-cı il təvəllüdlü Əhmədova Həcər
Yusif qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək
aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından
mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat
aparılır.

Teqlər: