Alp dağlarında buzlağın uçması nəticəsində ölən və yaralananlar var

Alp dağlarının İsveçrə ərazisində buzlağın uçması nəticəsində
iki alpinist ölüb, eyni sayda alpinist isə ağır yaralanıb.

Trend “Reuters”
agentiliyinə istinadla xəbər verir ki, bu barədə Vale kantonu
polisi məlumat yayıb.

Ölənlər Fransa və İspaniya vətəndaşlarıdır.

Hadisə Qrand Kombin dağ silsiləsinin 3 400 metr hündürlüyündə
baş verib.

Ərazidə ümumilikdə 17 alpinist olub. Qalan alpinistlər
helikopterlə təxliyə edilib.

Prokurorluq hadisənin baş vermə şəraitini araşdırır.