Azərbaycanda Əfv Sərəncamının icrasına başlanılıb

Bu gün Azərbaycanda Prezident İlham Əliyev tərəfindən mayın
27-də imzalanan Əfv Sərəncamının icrasına başlanılıb.

AzerTimes-ın
məlumatına görə, Sərəncama əsasən, məhkum olunmuş bir sıra
şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının
İnsan hüquqları üzrə müvəkkilinin, insan hüquqlarının müdafiəsi
təşkilatlarının Azərbaycan Prezidentinə ünvanlanmış əfv haqqında
müraciətlərinə baxılaraq, məhkumların şəxsiyyəti, səhhəti, ailə
vəziyyəti, törətdikləri cinayətlərin xarakteri və ictimai
təhlükəlilik dərəcəsi, cəza çəkdikləri müddəti və həmin müddətdə
davranışları nəzərə alınaraq, humanizm prinsipləri əsas götürülərək
ümumilikdə 213 nəfər əfv edilib.

Belə ki, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 168 nəfər
cəzasının çəkilməmiş hissəsindən azad edilib, 36 nəfərin cəzasının
çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum
edilmiş 3 nəfər cəzadan azad ediliblər.

Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6
nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar.

Teqlər: