Nizami Gəncəvi Beynəlxalq Mərkəzi IX Qlobal Bakı Forumuna hazırlıq məqsədi ilə görüşlər keçirib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Andorranın xarici işlər naziri
Mariya Ubax Font, İspaniyanın sabiq baş naziri Xose Luis Rodrigez
Zapatero, Belçikanın dövlət naziri, Nümayəndələr Palatasının sabiq
sədri Herman De Kro, İspaniyanın sabiq xarici işlər naziri Karlos
Vestendorp və Belçikanın sabiq baş naziri İv Leterm ilə görüşlər
keçirilib.

AzerTimes-ın məlumatına görə,
“Qlobal Dayanıqlıq və Əməkdaşlıq” başlığı altında keçiriləcək IX
Qlobal Bakı Forumu və Mərkəzin son aylarda reallaşdırdığı
beynəlxalq layihələr müzakirə olunub.

O cümlədən 4-6 noyabr 2021-ci il tarixində Azərbaycan
Respublikası Prezidentinin himayəsi ilə baş tutmuş VIII Qlobal Bakı
Forumunun hesabatı təqdim olunub. “COVID-19-dan sonrakı dünya”
başlığı ilən keçirilən VIII Qlobal Bakı forumunda 5 hazırkı və 29
sabiq dövlət və hökümət başçıları, 16 sabiq xarici işlər nazirləri
və parlament spikerləri daxil olmaqla 40-dan çox ölkədən, 300-dən
çox qonaq iştirak edib.

Teqlər: