Prezident İlham Əliyev: Rusiya ilə Azərbaycan arasında münasibətlərin indiki formatı ali formatdır

Uzun illər boyu Rusiya ilə Azərbaycan arasında münasibətləri mən
də, Prezident Putin də strateji tərəfdaşların münasibətləri kimi
xarakterizə etmişik. Münasibətlərin indiki formatı ali formatdır.
Yəni, bundan yüksək format praktiki olaraq yoxdur. Dövlətlərarası
münasibətlərdə bu, belə demək mümkünsə, aysberqin zirvəsidir.

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya
vasitələrinin rəhbərləri ilə görüşündə “Rossiyskaya qazeta”nın Baş
redaktoru Vladislav Froninin Moskva Bəyannaməsinə dair sualına
cavabında söyləyib.

Dövlətimizin başçısı deyib ki, Bəyannamənin adının özü çox
şeydən xəbər verir: “Bu, artıq dediyim kimi, qarşılıqlı fəaliyyətin
səviyyəsinin artırılması üzrə uzun illər boyu aparılmış çox ciddi
işin nəticəsi, Rusiya və Azərbaycan nümayəndələrindən ibarət qrupun
bir ildən artıq müddətdə, – keçən ilin yanvar ayından, – bu
Bəyannamənin mətni üzərində konkret işinin nəticəsidir. Bəyannamə
həyat fəaliyyətinin praktiki olaraq bütün sahələrini ehtiva edir.
Əlbəttə, bu Bəyannaməni müxtəlif istiqamətlər üzrə konkret
sazişlərlə möhkəmlədəcək silsilə sənədlər də işlənib hazırlanma
mərhələsindədir”.

Teqlər: