“Nike” şirkəti Rusiyada fəaliyyətini dayandırır

ABŞ-ın “Nike” şirkəti Rusiyada brend mağazalar şəbəkəsinin
sahibi olan Inventive Retail Group (IRG) ilə françayzinq
müqaviləsini yeniləməyib.

Trend xəbər
verir ki, bu barədə yerli “Vedomosti” nəşri yazır.

Məlumata görə, “Nike” yaxın gələcəkdə Rusiyaya malların
çatdırmaq iqtidarında deyil. Hazırda mövcüd olan mallar tükəndikcə,
IRG bu marka altında bütün mağazalarını bağlamaq məcburiyyətində
qalacaq.

“Mövcud reallıqlar fonunda biz monobrend mağazaların
fəaliyyətini davam etdirə bilmərik və onları bağlamaq
məcburiyyətində qalacağıq”, – IRG-nin PR-meneceri Lyudmila Semuşina
bildirib.

2022-ci ilin martında şirkət malların Rusiyadakı müştərilərə
çatdırılmasına zəmanət verə bilməyəcəyini bəyan etmişdir. Bununla
da, şirkət Rusiya onlayn mağazasının fəaliyyətini və bölgəyə
çatdırılmanı dayandıraraq, birbaşa nəzarəti altında olan bütün
mağazaları müvəqqəti olaraq bağlamışdır. Şirkətin rəsmi saytı xəbər
verir ki, son 2 ay ərzində Rusiyada “Nike” monobrend mağazalarının
sayı 116-dan 56-ya düşüb ki, onlardan da 19-u müvəqqəti
bağlıdır.