Baydenin reytinqi rekord 36%-ə enib

Bu həftə ABŞ-da inflyasiyanın artması fonunda Co Baydenin ölkə
prezidenti kimi fəaliyyətinə amerikalıların bəyənilmə reytinqi
rekord 36%-ə düşüb.

Trend xəbər
verir ki, bu barədə “Reuters” agentliyi “Ipsos” sosioloji xidməti
ilə birgə keçirdiyi sorğunun nəticələrinə istinadla məlumat
yayıb.

Bildirilir ki, bu göstərici əvvəlki həftə ilə müqayisədə 6 faiz
bəndi azalıb. C.Baydenin də daxil olduğu ABŞ Demokrat Partiyasının
tərəfdarları olan respondentlərin 72%-i dövlət başçısının
fəaliyyətini dəstəkləyir.

Rəyi oyrənilənlərin 59%-i prezidentin fəaliyyətini bəyənmir.
Sorğu mayın 23-24-də 1005 ABŞ vətəndaşının arasında aparılıb.