İspaniyada daha 15 nəfərdə meymun çiçəyi xəstəliyi aşkarlanıb

İspaniyada daha 15 nəfərdə meymun çiçəyi xəstəliyi
aşkarlanıb.

Trend xəbər
verir ki, bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da, ölkədə bu xəstəliyə yolxanların sayı 51 nəfərə
çatıb.

Ən çox yoluxma Madrid kommunasında qeydə alınıb – 47 nəfər.
Kanar adaları və ölkənin cənubundakı Əndəlüs bölgəsində hər iki
ərazi inzibati vahidində iki yoluxma olaraq cəmi dörd fakt
aşkarlanıb.

Hazırda daha 20 nəfərdə xəstəliyin əlamətləri müşahidə
olunur.

Hökumət sözçüsü İzabel Rodriges bildirib ki, hazırda əvvəllər
çiçək xəstəliyinə qarşı peyvənd olunmamış 40 yaşdan aşağı insanları
peyvənd etmək planları yoxdur.

İspaniyanın İctimai Səhiyyə Komissiyası və Ərazilərarası Səhiyyə
Şurası ölkədə epidemiyanın qarşısını almaq üçün mümkün tədbirləri
müzakirə etmək məqsədi ilə bu gün birgə iclas keçirəcək.