Nigeriyada məcburi köçkünlərin düşərgəsində yanğın zamanı üç nəfər həyatını itirib

Nigeriyanın şimal-şərqindəki Borno əyalətində məcburi
köçkünlərin düşərgəsində baş vermiş yanğın nəticəsində azı 3 nəfər
həlak olub.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Borno Dövlət
Fövqəladə Hallar Agentliyinin baş direktoru Yabava Kolonun
sözlərinə görə, azı 3000 sığınacaq məhv olub.

Rəsmi məlumata görə, çadırlardan birində başlayan yanğın müvafiq
yanğınsöndürmə qruplarının gec reaksiya verməsi nəticəsində digər
sığınacaqları da məhv edib.


Agentlik rəhbəri zərərin səviyyəsini müəyyən etmək üçün
qiymətləndirmə aparıldığını və qurbanların qida, sığınacaq və digər
əşyalara ciddi ehtiyacı olduğunu qeyd edib.