Ferrari və Mercedes-AMG “Formula 1” yeni mövsümü üçün bolidlərini nümayiş etdirib (FOTO)

“Formula 1” yarışında iştirak edən Ferrari və Mercedes-AMG
komandaları 2022-ci il mövsümü üçün bolidlərini təqdim ediblər.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, hər iki
avtomobil dəyişdirilmiş texniki reqlamentin tələb etdiyi kimi
sadələşdirilmiş aerodinamikaya malikdir, italyan brendinin 75 illik
yubileyi şərəfinə adlandırılan yeni Ferrari avtomobili isə
qeyri-adi burun konusları və yan pontonlar alıb.

Yeni bolidlərin fotolarını təqdim edirik: