Nigeriyada ağır yol qəzası olub, çox sayda ölən var

Nigeriyanın Bauçi ştatında miniven ilə mikroavtombus
toqquşub.

Trend xəbər verir ki, bu barədə Federal Yol Hərəkəti
Təhlükəsizliyi Korpusuna istinadən “Sinxua” xəbər yayıb.

Bildirilib ki, qəza nəticəsində iki avtomobildə olan 21 nəfərdən
20-si həlak olub, bir nəfər xəsarət alıb.

Xəsarət alal şəxs dərhal xəstəxanaya çatdırılıb, hazırda onun
vəziyyəti barədə məlumat verilmir.

İlkin məlumata görə, qəzaya səbəb sürət rejiminə riayət
edilməməsi olub.