General Motors Rusiyada fəaliyyətinin dayandırılmasını uzatmaq qərarına gəlib

Avtomobil istehsalçısı “General Motors” Rusiya Federasiyasında
fəaliyyətinin dayandırılmasını uzatmaq qərarına gəlib.

Trend xəbər verir ki, bu barədə şirkətin saytında yerləşdirilən
açıqlamada deyilir.

“GM fevralın 28-də Rusiyaya avtomobil idxalını və kommersiya
fəaliyyətini dayandırıb. Vəziyyətin pisləşməsinin davam etməsini
nəzərə alaraq, şirkət Rusiyada fəaliyyətini dayandırmağın müddətini
uzatmaq qərarına gəlib”, – deyə açıqlamada bildirilir.