Portuqaliyanın XİN rəhbəri koronavirusa yoluxub

Portuqaliyanın xarici işlər naziri Joao Qomeş Kravinyo
koronavirusa yoluxub.

Trend xəbər verir ki, bu barədə nazir özünün “Twitter”
səhifəsində yazıb.

Onun sözlərinə görə, xəstəliyin simptomları yüngüldür və o, 1
həftə ərzində məsafədən işini davam etdirəcək.

“Bu, virusun hələ də bizimlə olduğunu və ayıq qalmağımızın
vacibliyini xatırladır”, – deyə XİN rəhbəri bildirib.