Nepalda göyərtəsində 22 nəfərlə radarlardan itən təyyarənin qalıqları aşkarlanıb (FOTO)

Nepal ordusunun axtarış qrupu bazar günü səhər saatlarında
göyərtəsində 22 nəfərin olduğu Tara Air şirkətinə məxsus təyyarənin
qalıqlarını tapıb.

Trend xəbər
verir ki, bu barədə Nepal quru qoşunlarının rəsmi nümayəndəsi
briqada generalı Narayan Silval “Twitter” səhifəsində məlumat
verib.

Ordu sözçüsü təyyarənin göyərtə nömrəsinin aydın görünən və
hissələri dağ yamacında səpələnmiş qalıqların fotosunu dərc edərək, “Axtarış və xilasetmə qüvvələri təyyarənin qəzaya uğradığı yeri
müəyyənləşdiriblər” deyə, qeyd edib.

Təyyarə bazar günü turizm şəhəri Pokharadan Comsoma yola düşüb.
Göyərtəsində 16 Nepal, dörd Hindistan və iki Almaniya vətəndaşı
olub.

Teqlər: