Britaniyada nadir xəstəlikdən əziyyət çəkən şəxsə donor əlləri transplantasiya edilib

Böyük Britaniyada nadir sklerodermiya autoimmun xəstəliyindən
əziyyət çəkən şəxsə donor əlləri transplantasiya edilib.

Trend xarici
KİV-ə istinadla xəbər verir ki, nadir patalogiya xəstədə 12 il
əvvəl aşkarlanıb. Xəstəlik dəri və daxili orqanların birləşdirici
toxumalarında fibrotik dəyişikliklərlə özünü biruzə verir. Bu da
şiddətli ağrı və narahatlığa səbəb olur.

Proqressiv sklerodermiya xəstəni sərbəst hərəkətetmə
qabiliyyətindən məhrum edib. Həkimin təklifi ilə donor əllərin
transplantasiya olunması barədə qərar qəbul olunub və əməliyyat
uğurla yekunlaşıb.

Pasient hələ də reabilitasiya mərhələsindədir, lakin onun
vəziyyəti getdikcə yaxşılaşır. Ev işlərində başqalarının köməyinə
nadir hallarda ehtiyac duyur və gələcəkdə işə qayıtmağa ümid
edir.