“Neftçi” avrokuboklara vəsiqəni rəsmiləşdirdi

2022/23 mövsümündə Azərbaycanı avrokuboklarda təmsil edəcək daha
bir komanda bəlli olub.

Trend ” xəbər verir ki, “Qarabağ”dan sonra “Neftçi” də Avropa
arenasına iştirak hüququ qazanıb.

Premyer Liqanın XXIV turunda “Səbail” üzərində 1:0 hesablı
qələbə qazanan çempion sona 4 tur qalmış minimum 4-cü yeri təmin
edib. Hazırda “ağ-qaralar” 4-5-ci yerləri bölüşdürən “Sabah” və
“Qəbələ”ni 12 xal qabaqlayır. Samir Abasovun kollektivi adıçəkilən
komandaları şəxsi oyunlarda üstələdiyindən, çempionatı ilk
“4-lük”də tamamlamağı təmin edib.

Teqlər: