“Bank Respublika”nın xalis faiz mənfəəti 62%-dən çox artıb (FOTO)

Bu il 30-cu ildönümünü qeyd edən Bank Respublika, 2022-ci ilin
birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Hesabata əsasən,
Bank dinamik inkişafını davam etdirərək, ölkənin bank sektorunun
liderlərindən biri statusunu bir daha təsdiqləyib.

“1 aprel 2022-ci il tarixinə bankın aktivləri 1,25
milyard manatdan çox olmuşdur
ki, bu da ötən ilin eyni
dövrü ilə müqayisədə 12% çoxdur. Açıqlanmış hesabatdan həmçinin
görünür ki, Bank davamlı inkişaf üçün kifayət qədər yüksək kapital
ehtiyatına malikdir. Belə ki, Bankın məcmu kapitalı 14%
artaraq 99,4 milyon manat olmuş
və minimum məcmu kapital
normasını təqribən 2 dəfə üstələmişdir.

“2021-ci ilin birinci rübü illə müqayisədə Bankın xalis
faiz mənfəəti 62% artaraq 18,4 milyon manata
,
xalis əməliyyat mənfəəti 3 dəfə artaraq 5,7 milyon
manata
, xalis mənfəəti isə 6,04 milyon manata
çatıb
ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2
dəfədən çoxdur.

Hesabata əsasən, ötən illə müqayisədə Bankın kredit
portfeli 60,4% artmışdır
və verilən kreditlərin əsas
hissəsi həm Bank həm də Azərbaycan iqtisadiyyatı üçün prioritet
sahə olan real sektorun kreditləşməsinə yönəldilmişdir. Diqqət
çəkən məqamlardan biri də odur ki, keçən ilin sonu ilə müqayisədə
qeyri-işlək kreditlərin (NPL) bankın ümumi kredit portfelindəki
payı da azalaraq 0,8% təşkil etmişdir. Martın sonuna bankın depozit
portfeli 774,9 milyon manat təşkil edib ki, bu da müştərilərin
banka olan yüksək inamını və loyallığını bir daha təsdiqləyir.

Bundan başqa, Bankın I dərəcəli kapitalın adekvatlıq əmsalı
8,29%, məcmu kapitalın adekvatlıq əmsalı isə 11,83% təşkil edib ki,
bu da normadan müvafiq olaraq 1,7 dəfə və 1,2 dəfə çoxdur.

Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın beş
aparıcı bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın
ən böyük maliyyə institutu – Sparkassen International Development
Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var. Bank
Azərbaycanın bank sektorunda ən yüksək beynəlxalq reytinqlərdən
birinə – “Müsbət” proqnozlu “B3” reytinqinə (Moody’s) malikdir.

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram,
linkedin
səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144
nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Teqlər: