Türkiyədə Azərbaycan kapitallı şirkətlərin sayı qismən azalıb

2022-ci ilin yanvar-mart aylarında Türkiyədə Azərbaycan kapitalı
ilə 59 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü
ilə müqayisədə 11 şirkət azdır.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından
(TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki , hesabat dövründə, qeydiyyata alınan
Azərbaycan şirkətlərinin sayı qismən azalsa da, onların ümumi
kapıtalı artıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan
şirkətlərinin məcmu kapitalı 18,475 milyon türk lirəsi olduğu
halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 13 milyon türk lirəsi
təşkil edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-mart aylarında
Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (48) qeydiyyata
alınıb.

“İstanbulnda qeydiyatdan keçən Azərbaycan şirkətlərinin ümumu
kapitalı 14,255 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan
bildiriblər.

Qeyd olunub ki , 2022-ci ilin yanvar-mart aylarında Türkiyədə
Azərbaycan kapitalı ilə 4 sənaye, 5 tikinti, 27 topdan və pərakəndə
ticarət, 2 daşınmaz əmlak satışı, 2 turizm, 8 nəqliyyat-logistika
şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak
edir.

Qeyd edək ki, 2021-ci ildə Türkiyədə Azərbaycan kapitallı 237
şirkət qeydiyyatdan keçib. Onların ümumu kapitalı 63,171 milyon
türk lirəsi olub.

2021-ci ildə ən çox Azərbaycan kapitallı şirkət İstanbulda qeydə
alınıb.

Məlumat üçün bildirək ki , 2020-ci ildə Türkiyədə Azərbaycan
kapitallı 148 şirkət qeydiyyatdan keçib və onların ümumi kapitalı
21,19 milyon türk lirəsi təşkil edib.

Teqlər: