Neft tankerində partlayış baş verib, ölən var

Honq-Konqa bitişik sularda hərəkət edən neft tankerində
partlayış baş verib.

AzerTimes-ın
məlumatına görə, bu barədə “South China Morning Post” qəzeti xəbər
verib.

Məlumata əsasən, hadisə nəticəsində bir nəfər ölüb, altı nəfər
yaralanıb. Parltayış Çinin bu xüsusi inzibati bölgəsindən 300
kilometr şərqdə baş verib.

Partlayış Panama bayrağı altında hərəkət edən “Çuanq Yi”
gəmisinin göyərtəsində olub.

Gəminin göyərtəsindəki yanğının lokallaşdırıldığı qeyd edilib.
Partlayışın səbəbi hələ müəyyən edilməyib.