Roman Abramoviç danışıqlar prosesini qaydaya salmaq üçün Kiyevə gədib

Rusiyalı iş adamı Roman Abramoviç Rusiya Federasiyası ilə
Ukrayna arasında danışıqlar prosesinin intensivləşdirilməsinə töhfə
vermək üçün Kiyevə gədib.

AzerTimes-ın
məlumatına görə, bu barədə “Fortune” jurnalı mənbələrə istinadən
bildirib.

Bildirilib ki, R.Abramoviç “danışıqları canlandırmaq yollarını
müzakirə etmək” üçün Ukrayna tərəfinin nümayəndələri ilə görüşüb.
Nəşr iş adamının Kiyevə bu səfərin nə vaxt baş tutduğu barədə
məlumat verməyib.