Zərdabda evdə yanğın olub, 1 nəfər ölüb

Zərdab rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, rayonun Çallı kəndində
ümumi sahəsi 160 m² olan taxta konstruksiyalardan ibarət 1
mərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı
yanğınsöndürənlər tərəfindən 1 nəfər müxtəlif dərəcəli yanıq
xəsarətləri ilə çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil
verilib (xəstəxanaya aparılarkən yolda vəfat edib).

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın
yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: