Nazirliyin təşkilatçılığı ilə “Mənim Azərbaycanım” adlı xeyriyyə konserti keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı,
Azərbaycan Dövlət Akademik Filarmoniyasının və Heydər Əliyev
Sarayının dəstəyi ilə cari ilin 9 may tarixində Heydər Əliyev
Sarayında Azərbaycan Dövlət Rəqs Ansamblının “Mənim Azərbaycanım”
adlı Xeyriyyə konserti keçirilib.

Konsertdə Mədəniyyət Nazirinin birinci müavini Elnur Əliyev,
Müdafiə Sənayesi Naziri Mədət Quliyev, YAŞAT Fondunun rəhbəri Elvin
Hüseynov, bir qrup qazilər, incəsənət xadimləri və başqa qonaqlar
iştirak etmişdir.

Konsertdən öncə çıxış edən Nazir müavini Elnur Əliyev, ölkəmizin
əldə etdiyi tarixi zəfərdən sonraki dövrdə mədəniyyətimizin
keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu vurğulamış, mədəni
ənənələrimizin yaşadılması və inkişaf etdirilməsinin əhəmiyyətindən
bəhs edərək milli rəqsimizin bu baxımdan xüsusi əhəmiyyətini qeyd
etmişdir.

Daha sonra Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında “Mənim
Azərbaycanım” və “Koroğlu” milli balet-tamaşası təqdim olunmuşdur.
Ansamblın bədii rəhbəri Xalq artisti Rüfət Xəlilzadə, direktoru
Əməkdar artist Elçin Qədimov, ansamblın baletmeysterləri Əməkdar
artist Xanlar Bəşirov, Saina Əhmədova, ansamblın məşqçiləri,
Əməkdar artist Fərid Əliyev, Alina Qontareva, solistlər Anar
Məmmədov, Orxan Səfərli, Toğrul Şərifov, Aytən Alxasova, Valeriya
Konkina, Rifan Qəhrəmanov, İsmayıl Məmmədzadədir

Böyük anşlaqla keçən konserti izləyən tamaşaçılar hər nömrədən
sonra sürəkli alqışlar səsləndirmişdir.

Bilet satışından əldə olunan vəsait Azərbaycan Respublikasının
ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralananlara və şəhid
ailələrinə dəstək məqsədilə YAŞAT fonduna ianə ediləcəkdir.

Teqlər: