Xəzər dənizində aşkar edilən minalar zərərsizləşdirilib (FOTO)

Xəzər dənizinin Azərbaycan sektorunda aparılan ərazi kəşfiyyatı
zamanı suyun 60 metrədək dərinliyində aşkar edilən 6 ədəd böyük
gəmi minasının (КБ-1) zərərsizləşdirilməsi prosesi mayın 10-da
uğurla başa çatıb.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, Hərbi Dəniz Qüvvələrinin aidiyyəti üzrə
gəmiləri və ixtisaslaşdırılmış mütəxəssisləri tərəfindən minalar
təhlükəsizlik tədbirlərinə əməl edilməklə digər dövlət qurumları
ilə qarşılıqlı əlaqədə zərərsizləşdirilib.

Minaların zərərsizləşdirilməsi prosesinə ümumilikdə 4 hərbi
gəmi, 4 kater və 133 nəfər hərbi qulluqçu cəlb olunub.

Hazırda Xəzər dənizinin Azərbaycan sektorunda bütün fəaliyyətlər
adi qaydada davam etdirilir.

Teqlər: