Nazirlik Gəncədə Cavad xanın heykəlinin ucaldılmasına münasibət bildirib

Xəbər - Fərid Zöhrabov – Trend:

Gəncədə Cavad xanın heykəlinin ucaldılması məsələsinə baxılacaq.
Bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında öz əksini
tapıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Mədəniyyət
Nazirliyindən bildiriblər ki, Mədəniyyət Nazirliyinin nəzdində
heykəltaraşlıq abidələrinin, xatirə-memorial və memarlıq
komplekslərin ucaldılması və demontajı üzrə Ekspert Komissiyası
fəaliyyət göstərir.

Mədəniyyət Nazirliyinə Azərbaycanın görkəmli şəxsiyyətlərinin
xatirəsinin əbədiləşdirilməsi ilə bağlı mütəmadi olaraq müraciətlər
daxil olur. Bu müraciətlər sözügedən Ekspert Komissiyasının növbəti
iclaslarında nəzərdən keçiriləcək və müvafiq addımlar
atılacaqdır.

Twitter:@FaridZohrabov

Teqlər: