Ərdoğan Co Baydenlə Ukraynadakı vəziyyəti müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Co
Baydenlə telefonla danışıb.

AzerTimes xəbər verir ki, bu
barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Danışıq zamanı regional hadisələr, o cümlədən Rusiya-Ukrayna
hadisələri, Türkiyə-ABŞ münasibətləri müzakirə edilib.

Ərdoğan Türkiyə-Rusiya-Ukrayna xarici işlər nazirləri
toplantısının Antalyada təşkil edilməsinin də özlüyündə diplomatik
bir qələbə olduğunu vurğulayıb.