Naxçıvan Dövlət Gömrük Komitəsinin yaradılmasının 30 illik yubileyi qeyd olunub (FOTO)

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin
Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucalan abidəsini ziyarət
ediblər, sonra Heydər Əliyev Muzeyi ilə tanışlıq olub.

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində keçirilən
yubiley tədbirini giriş sözü ilə açan Komitə sədri, gömrük xidməti
general-leytenantı Səhət Həbibbəyli Naxçıvan gömrük xidmətinin
keçdiyi inkişaf yolundan danışıb. Vurğulanıb ki, 24 fevral 1992-ci
il tarixdə ümummilli lider Heydər Əliyev tərəfindən Naxçıvan Muxtar
Respublikası Dövlət Gömrük Komitəsinin yaradılması ilə muxtar
respublikada vahid mərkəzdən idarə olunan gömrük siyasətinin
tətbiqinə başlanılıb.

Ötən dövrdə muxtar respublika gömrük sisteminin müasir tələblər
səviyyəsində qurulması, xidmətin səmərəli təşkili istiqamətində
ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. Gömrük
orqanlarının strukturu daha da genişləndirilib, infrastruktur
yenidən qurulub, maddi-texniki baza müasir tələblər səviyyəsində
formalaşdırılıb. İnformasiya-kommunikasiya texnologiyalarından
geniş istifadə nəticəsində gömrük sistemi tamamilə
avtomatlaşdırılıb.

Vurğulanıb ki, həyata keçirilən islahatlar nəticəsində
keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olan Naxçıvan gömrüyü
muxtar respublikanın iqtisadi təhlükəsizliyinin etibarlı
təminatçısına çevrilib. Dövlət büdcəsinin formalaşmasında gömrük
orqanlarının rolu artıb, gömrük işinin iqtisadi göstəriciləri
yüksəlib. 2021-ci ildə dövlət büdcəsinə köçürülmüş gömrük
ödənişlərinin həcmi son beş illə müqayisədə 4 dəfə çox olub.

Əməliyyat-axtarış fəaliyyətinin genişləndirilməsi, texniki
nəzarət vasitələrindən səmərəli istifadə, əməkdaşların
peşəkarlığının artırılması, kinoloji xidmətin keyfiyyətinin
yüksəldilməsi, risk profillərinin təkmilləşdirilməsi nəticəsində
gömrük sahəsində hüquqpozma hallarına qarşı mübarizənin
gücləndiyini önə çəkən Komitə sədri son beş ildə muxtar respublika
üzərindən tranzit hərəkət edən yük nəqliyyat vasitələrindən 22
cinayət faktı üzrə ümumilikdə 900 kq-dan artıq, təkcə 2021-ci ildə
isə 4 cinayət faktı üzrə 567 kq-a yaxın narkotik vasitənin
aşkarlandığını qeyd edib.

Diqqətə çatdırılıb ki, gömrük orqanları tərəfindən ticarətin və
beynəlxalq daşımaların asan və sürətli formada həyata keçirilməsi
istiqamətində görülən işlər Naxçıvanın tranzit potensialından daha
geniş istifadəyə imkan yaradıb. Bu gün muxtar respublikanın 70-dən
çox ölkəylə ticarət əməliyatları apardığını qeyd edən Komitə sədri
“Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqinin xarici iqtisadi
fəaliyyətlə məşğul olan biznes subyektləri üçün dövlət tərəfindən
yaradılmış münbit şəraitin bariz nümunəsi olduğunu, 2021-ci ildə
muxtar respublika gömrük oranlarında həyata keçirilən ixrac
əməliyyatlarının 58 faizinin “Yaşıl dəhliz” iştirakçılarının payına
düşdüyünü önə çəkib.

Göstərilən etimada, hərtərəfli dövlət qayğısına və yaradılan
şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə
minnətdarlıq edən Səhət Həbibbəyli gömrük orqanları tərəfindən
vətəndaşlara, o cümlədən biznes subyektlərinə göstərilən gömrük
xidmətlərinin səviyyəsinin artırılması istiqamətində tədbirlərin
davam etdiriləcəyini vurğulayıb və kollektivə uğurlar
arzulayıb.

Naxçıvan gömrük xidmətində ən çox iş stajına malik olan Culfa
Gömrük Postunun böyük inspektoru, gömrük xidməti mayoru Nüşabə
Sadıxova 33 ildir xidmət etdiyi gömrük orqanlarının keçdiyi yola
nəzər salıb. Qeyd olunub ki, bu gün gömrük işinin bütün sahələrində
əldə olunan nailiyyətlər əvvəlki illərlə müqayisəyə gəlməyəcək
səviyyədədir.
Komitənin Əməliyyat və təhqiqat şöbəsinin inspektoru, gömrük
xidməti leytenantı Sərxan Mustafayev gömrük sistemində kadr
islahatları və gəncləşmə mövzusunda çıxış edib. Qeyd olunub ki, son
illərdə muxtar respublika gömrük sistemində struktur və
infrastruktur islahatları ilə paralel olaraq kadr islahatları da
uğurla aparılır. Bu sahədə görülmüş işlərin nəticəsidir ki, bu gün
Naxçıvan gömrük sistemi özünün güclü, peşəkar və gənc kadr
potensialı ilə seçilir.

Sonra Komitənin İnzibati idarəetmənin təşkili bölməsinin rəisi,
gömrük xidməti polkovnik-leytenantı Minayə Nəsirova muxtar
respublika gömrük orqanları əməkdaşları barəsində tətbiq olunan
həvəsləndirmə tədbirləri barədə məlumat verib. Komitənin Əməliyyat
və təhqiqat şöbəsinin rəisi, gömrük xidməti mayoru Mahir Orucov
qaçaqmalçılıqla mübarizə sahəsində əldə olunan nailiyyətlərə görə
“İlin gömrükçüsü” elan olunaraq mükafatlandırılıb. Xidmətdə
fərqlənən bir qrup gömrük əməkdaşına da təltiflər təqdim
olunub.

Sonda tədbir iştirakçıları Naxçıvan televiziyasının hazırladığı
“İnkişaf edən gömrük

Teqlər: