“Azərbaycanlıların gözünü qaşıqla çıxarıb, sonra öldürürük” – Rza Diqqətinin şahidi olduqları AzTV-də

Azərbaycan Televiziyası Xocalı soyqırımının 30-cu ildönümü
ilə bağlı üç sənədli film hazırlayıb.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin
məlumatına görə, filmlərdən biri dünyaşöhrətli fotomüxbir Rza
Diqqətinin Xocalı soyqırımından sonra şahidi olduqlarından bəhs
edir.

Belə ki, fotomüxbir Xocalı soyqırımı xəbərini alan kimi
Azərbaycana gəlib, çətinliklə Ağdama yol tapıb, orada Xocalı
sakinləri ilə görüşüb. O, həmçinin əsirlərin və meyitlərin
dəyişdirilməsi prosesində də iştirak edib, şahidi olduqlarını
lentin yaddaşına köçürüb.

R.Diqqəti filmdə şahidi olduğu hadisələri detallarına kimi
danışır. O, erməni ilə qarşılaşdığını, onun bir hərəkətindən
dəhşətə gəldiyini ifadə edib: “Erməninin əlində qaşıq var idi. Dedi
ki, biz azərbaycanlı tapanda əvvəlcə bu qaşıqla gözünü çıxarırıq,
sonra öldürürük”.

“Danışan fotolar”da fotomüxbirin müəllifi olduğu fotolar da
təqdim olunur.

Filmdə Xocalı soyqırımının ağrı-acılarını yaşamış Nazilə
Məmişova, Famil Salahov, Valeh Hüseynov və digərlərinin də
müsahibələrinə yer verilib.

“Danışan fotolar” sənədli filmi fevralın 26-sı saat 22:00-da
AzTV-də nümayiş olunacaq.

Bundan başqa, film “Park bulvar”da yerləşən “Park cinema”
kinoteatrında da ödənişsiz göstəriləcək.

Filmə baxmaq istəyənlər saat 15:10-da, 17:10-da və 19:10-da
“Park cinema”ya yaxınlaşa bilərlər.

https://www.youtube.com/watch?v=AGC8JG1AOaY&ab_channel=AZTV

Teqlər: