NATO-nun baş katibi Rusiya tərəfindən qondarma “DXR” və “LXR” tanınmasını pisləyib

NATO-nun baş katibi Yens Stoltenberq Rusiya tərəfindən qondarma “DXR” və “LXR” tanınmasını pisləyib.

Trend xəbər verir ki, baş katib bu barədə öz Twitter səhifəsində
bildirib.

“Bu, münaqişənin həlli səylərinə xələl gətirir və Minsk
razılaşmalarını pozur. NATO Ukraynanın suverenliyini və ərazi
bütövlüyünü dəstəkləyir. Biz Moskvanı münaqişənin qızışdırılmasını
dayandırmağa və diplomatiyanı seçməyə çağırırıq”, – paylaşımda
vurğulanır.

Teqlər: