Varşavadaki Şlonsko-Dombrovski körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb (FOTO)

Polşanın paytaxtı Varşavada Visla çayı üzərində yerləşən və
şəhərin ən füsunkar körpülərindən olan Şlonsko-Dombrovski körpüsü
Azərbaycan Respublikasının Dövlət Bayrağının çalarları ilə
işıqlandırılıb.

Azərbaycanın Polşadakı Səfirliyindən AzerTimes-a verilən məlumata
görə, Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında
doplomatik münasibətlərin yaradılmasının 30-cu ildönümün qeyd
edilməsi məqsədilə Səfirliyin təşəbbüsü ilə 21 fevral tarixində
Varşavanın Visla çayı üzərində yerləşən ən füsunkar körpülərindən
olan Şlonsko-Dombrovski körpüsü Azərbaycan Respublikasının Dövlət
Bayrağının çalarları ilə işıqlandırılmışdır.

Teqlər: