Knessetdə Azərbaycan və İsrail deputatları arasında görüş keçirilib (FOTO)

Fevralın 21-də Knessetdə (İsrail parlamenti) İsrail-Azərbaycan
Beynəlxalq Assosiasiyası (Azİz) tərəfindən təşkil edilən və Xocalı
faciəsinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün İsrailə səfər
etmiş Milli Məclisinin deputatları Sevil Mikayılova və Anatoli
Rəfailovla Knessetdə İsrail – Azərbaycan Parlamentlərarası Qrupun
üzvləri ilə görüş keçirilib.

Trend xəbər verir ki, görüş Xocalı soyqırımının anım günü
ərəfəsinə təsadüf etdiyindən azərbaycanlı deputatlar bu faciə
haqqında israilli həmkarlarına məlumat veriblər. Knessetin üzvləri
Elina Bardaç-Yalova və Tatyana Mazarskaya deputatlar və yəhudilər
adından Azərbaycan xalqına başsağlığı veriblər.

Görüş dostluq şəraitində keçdi. Deputatlar tibb və səhiyyə
sahəsində əməkdaşlıq imkanları və konkret planlar barədə
danışıblar. İsrailli nümayəndə heyətinə İsrail-Azərbaycan
parlamentlərarası komissiyasının sədri Elina Bardaç-Yalova
rəhbərlik edib.

Teqlər: