“Eurovision 2022”nin ilk yarımfinalı başlayıb

Mayın 10-da İtaliyanın ən böyük qapalı arenalarından olan
“PalaOlimpico”da 66-cı “Eurovision” mahnı müsabiqəsinin birinci
yarımfinalı başlayıb.

Trend xəbər
verir ki, ilk yarımfinalda 17 ölkənin – İslandiya, Avstriya,
Danimarka, İsveçrə, Albaniya, Moldova, Xorvatiya, Yunanıstan,
Litva, Latviya, Ukrayna, Norveç, Sloveniya, Bolqarıstan, Niderland,
Portuqaliya və Ermənistanın səhnəyə çıxacaqlar. Yarımfinalda ilk
onluğa daxil olmağı bacaran ölkələr finalda mübarizə
aparacaqlar.

Avropa Yayım Birliyi (EBU) və İtaliyanın “Rai” televiziya
kanalının təşkilatçılığı ilə keçirilən dünyanın ən böyük canlı
musiqi tədbirində bu il 40 ölkə iştirak edir. Bu 40 ölkənin 35-i
yarımfinallarda yarışacaq.

İtaliyanın Turin şəhərinin ev sahibliyi ilə “Eurovision 2022”nin
ikinci yarımfinal mayın 12-də, finalı isə mayın 14-də
keçiriləcək.

Teqlər: