Hərbçilərimizin Türkiyədə təlimləri davam edir (FOTO)

Türkiyədə Azərbaycan Tapşırıq Qrupu Komandanlığının
koordinasiyası ilə həyata keçirilən “Komando təməl kursları” və
“Təxminat təlimləri” davam edir.

Trend verir ki,
bu barədə Tükiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, hərbçilərimizin iştirakı ilə keçirilən təlimlər
barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin tviter hesabında
məlumat verilib.

Məlumatda bildirilir ki, Azərbaycan Tapşırıq Qrupu
Komandanlığının koordinasiyası ilə davam edən “Komando əsas
kursları” və “Təxminat təlimləri” çərçivəsində beş Azərbaycan
briqadasında “Uzaq məsafəyə müqavimət yürüşləri” həyata
keçirilib.

Teqlər: