Tunis sahillərində miqrant qayığı qəzaya uğrayıb, ölən və itkin düşənlər var

Tunisin şərq sahillərində 58 miqrantın olduğu qayığın batması
nəticəsində 4 miqrant ölüb, daha 10 nəfər itkin düşüb.

Trend xəbər
verir ki, bu barədə “Tunis Afrique Presse” agentliyi məlumat
yayıb.

Qayıqda olan ümumilikdə 44 miqrantın Sfaks şəhəri sahillərində
xilas edildiyi, itkin düşənlərin axtarışlarının davam etdiyi
bildirilir.

Miqrantlar Aralıq dənizini keçərək İtaliyaya çatmağa cəhd
ediblər.

Qeyd edək ki, Aralıq dənizi bölgəsinin mərkəzində yerləşən Tunis
Avropaya qeyri-qanuni immiqrasiya üçün ən “populyar” tranzit
yollarındadır.

Ölkə rəhbərliyi bu problemlə bağlı sərt tədbirlər görsə də,
Tunisdən İtaliyaya keçməyə çalışan qeyri-qanuni mühacirlərin sayı
artıb.