“Nar” şəhid ailələrinə və yaralananlara dəstək məqsədilə Naxçıvanın İnkişaf Fonduna 250 000 AZN ianə etdi

“Nar” Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi
zamanı yaralanmış və şəhid olmuş şəxslərin ailələrinin təminatına
dəstək məqsədilə, Naxçıvan Muxtar Respublikasında yaradılmış
Naxçıvanın İnkişaf Fonduna 250 min AZN ianə edib. Məqsəd, müharibə
zamanı yaralanmış hərbi qulluqçuların və şəhid ailələrinin sosial
müdafiəsi sahəsində muxtar respublikada həyata keçirilən tədbirlərə
əlavə dəstək verilməsidir.

“Nar” Novruz bayramı münasibətilə qalib Azərbaycan xalqını
təbrik edir. Bu bayram ərəfəsində 44 günlük Vətən müharibəsi
nəticəsində yaralanmış və şəhid olmuş şəxslərin ailələrinə dəstək
olmağı özümüzün mənəvi borcu bilirik. Məqsədimiz, yalanmış və şəhid
olmuş şəxslərin ailələrinin sosial müdafiəsi proqramlarına dəstək
olmaqla yanaşı, həmin ailələrin qayğı ilə əhatələnməsinə xidmət
etməkdir”, – deyə “Azerfon”un Baş icraçı direktoru Qunnar Panke
deyib.

Xatırladaq ki, “Nar” 44 günlük Vətən müharibəsi zamanı zərər
çəkmiş və şəhid olmuş şəxslərin ailələrinə dəstək məqsədilə
müxtəlif layihələr həyata keçirib və bundan sonra da bu istiqamətdə
layihələr icra etməkdə davam edəcək.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci
ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda
telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən
birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və
tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib.
“Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və
geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar”
şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir 2,3 milyondan
çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Teqlər: