Zakir Həsənov hərbi hospitalı ziyarət edib

Martın 19-da Azərbaycan Respublikasının müdafiə naziri
general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti
Novruz bayramı münasibətilə Müdafiə Nazirliyinin Baş Klinik
Hospitalını ziyarət edib.

Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyularaq
xatirəsi ehtiramla yad edilib.
General-polkovnik Z.Həsənov hospitalda müalicə olunan bir qrup
hərbi qulluqçu ilə görüşərək onların səhhəti ilə maraqlanıb,
tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib.
Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təbriklərini
hərbi qulluqçulara və tibb personalına çatdırıb, onlara bayram
sovqatları təqdim edib.
Nazir daha sonra hərbi hospitalın əsaslı təmir olunan qərargah
binasına baxış keçirib, yaradılan şəraitlə tanış olub.
Məruzə edilib ki, müasir avadanlıqlarla təchiz olunan qərargah
binasında xidməti fəaliyyətin təşkili üçün hər cür şərait
yaradılıb. Bütün otaqlar zəruri mebel avadanlıqları və invertarla
tam təchiz edilib.
Müdafiə naziri Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham
Əliyevin diqqət və qayğısı sayəsində aparılan islahatlar
nəticəsində bütün istiqamətlərdə olduğu kimi, hərbi tibb sahəsində
də əldə olunan uğurlardan danışıb. Tibb işçilərini bayram
münasibətilə təbrik edib və xidmətin daha da təkmilləşdirilməsi ilə
bağlı aidiyyəti üzrə tapşırıqlar verib.

Teqlər: