Könül Nurullayeva məktəblərə ziyarətlərini davam etdirir (FOTO)

24 saylı Nizami birinci seçki dairəsi üzrə Milli Məclisin
deputatı Könül Nurullayeva paytaxtın Nizami rayonunda yerləşən
məktəblərə ziyarətlərini davam etdirir. Belə ki, K.Nurullayeva
ziyarətləri çərçivəsində 3 saylı məktəbə, 201 və 227 saylı tam orta
məktəbə baş çəkərək, məktəb direktorları Nüşabə Heydərova, Afaq
Əliyeva və Sevinc Hüseynova ilə görüşüb. Millət vəkili şagird və
müəllim heyətinin qayğıları maraqlanıb, onların iş fəaliyyəti ilə
yaxından tanış olub.

Görüş zamanı K.Nurullayeva vurğulayıb ki, rayonumuzda yerləşən
məktəblər hər zaman öz uğurlarına, təlim və tədrisin keyfiyyətinə
görə ölkə səviyyəsində seçilmişdir. Rayon məktəbləri özünəməxsus
xüsusiyyətləri, təlim və təhsildə qazandığı uğurlarla hər zaman
nümunəvi təhsil müəssisələri kimi diqqəti cəlb etmişdir. Millət
vəkili həmçinin əlavə edib ki, hər bir ümumi təhsil müəssisəsi öz
ənənələrini daim qorumalı, inkişafa istiqamətlənmiş tədbirlər
həyata keçirilməlidir. Məktəb direktorları da öz növbəsində rayon
məktəblərində fundamental və tətbiqi biliklərin tədris olunduğunu,
zehni inkişafa dəstək olan bilik yarışların keçirildiyi
bildiriblər. Eyni zamanda şagirdlərin ölkədaxili və beynəlxalq
olimpiadalarda uğurlu iştirak etdiyindən, nüfuzlu ali məktəblərdə
təhsil almasından bəhs ediblər.

Sonda isə Milli Məclisin deputatı Könül Nurullayeva məktəblərin
rəhbərliyinə və müəllim heyətinə xoş qarşılamaya görə
minnətdarlığını çatdırıb, məsul fəaliyyətində onlara yeni-yeni
nailiyyətlər arzu edib.

Teqlər: