“Nar” Novruz bayramını azad edilmiş ərazilərdə əsgərlərlə qeyd edib (FOTO)

“Nar” Novruz bayramı ərəfəsində Azərbaycan Ordusuna mənəvi
dəstək məqsədilə işğaldan azad edilmiş ərazilərdə yerləşən hərbi
hissələrdən birini ziyarət edib. Müdafiə Nazirliyinin dəstəyi ilə
mobil operator qalib Azərbaycan Ordusunun əsgərləri ilə görüşüb və
Novruz çərşənbəsini onlarla birgə qeyd edib. “Nar” azad edilmiş
ərazilərdə yerləşən bir neçə hərbi hissəyə müxtəlif hədiyyələr
təqdim edib. Məqsəd Vətən keşiyində duran Ordumuzun əsgərlərinə
olan ehtiramı bildirmək və onlara mənəvi dəstək göstərməkdir.

“Nar”ın mətbuat xidmətinin rəhbəri Əziz Axundovun sözlərinə
görə, “Nar” vətənpərvərlik mövzusuna xüsusi həssas yanaşır: “Novruz
bayramını Milli Ordunun əsgərləri ilə birlikdə qeyd etmək artıq
“Nar” üçün ənənəyə çevrilib. Çox qürurluyuq ki, bu əziz bayramı
işğaldan azad edilmiş ərazilərimizdə qeyd edə bilirik. Bu qüruru
bizə bəxş edən Milli Orduya mənəvi dəstək olmağı özümüzə borc
bilirik”.

Bayram tədbiri tonqallar ətrafında, Həzi Aslanov adına Ordu
İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin konsert
proqramı ilə davam edib. Qeyd edək ki, əsgərlərlə görüşdən
hazırlanan videoya aşağıdakı keçidə daxil olmaqla baxmaq olar:
https://www.youtube.com/watch?v=uF7Cmzx7k5E

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci
ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda
telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən
birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və
tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib.
“Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və
geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar”
şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 8800-dən
artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə
yüksəkkeyfiyyətli xidmət göstərir.