Şəkidə Amerika Guşəsi açılıb (FOTO)

ABŞ-ın Azərbaycandakı səfirliyi martın 15-də Azərbaycan Dövlət
Pedaqoji Universitetinin (ADPU) Şəki filialında yerləşən Şəki
Amerika guşəsinin açılışnı edib. Açılış mərasimində iştirak edən
Səfir Litzenberqer yerli icma üçün müxtəlif təhsil və mədəniyyət
imkanlarının mərkəzi olan “Amerika guşəsi”nin əhəmiyyəti barədə
qısa məlumat verib. Şəki Rayon İcra Hakimiyyətinin başçısının
müavinləri Orxan Hüseynli və Zərinə Cavadova, ADPU-nun prorektoru
Eldar Aslanov və rektorun müşaviri Ümid Mehdiyev, ADPU-nun Şəki
filialının rektoru Rafiq Rəsulov tədbirdə iştirak ediblər. Şəki
Amerika guşəsinə yeni avadanlıq, texnologiya və materiallar təqdim
olunacaq. Güşə dil öyrənmək və təhsil proqramları üçün artıq
açıqdır. 

Səfir Litzenberqer qeyd edib ki,
“Amerika
guşələri və bizim xalqlarımız
arasında olan
əlaqələr münasibətlərimizin
təməl daşıdır. Sizin burada gördüyünüz işlər – ingilis dili
proqramları, gənclərin cəlb olunması habelə iş və bacarıq üzrə
təlim kursları – insanların həyatında əsl fərq
yaradır”
. 

“İngilis dili dünyaya, daha zəngin həyata və üstün məşğulluq
imkanlarına körpüdür.
Dünyanın digər yerlərində yaçayan
insanlar şəhərinizin təbii gözəlliyi və inanılmaz mədəni irsi
haqqında daha çox öyrəndikcə, turistlərin sayı artacaq.

Biz şəhərinizin gənclərinə sinifdənxaric ingilis dili təlimi
təklif etməklə daha çox yerli sakinə Şəkinin turizm
iqtisadiyyatından faydalanmağa və onun inkişafına təkan verməyə
kömək edəcəyik. 

Səfir Litzenberqer Şəkiyə səfəri zamanı ABŞ hökuməti mübadilə
proqramlarının məzunları ilə də görüşüb. Səfir, məzunların ABŞ-də
əldə etdikləri bilik və təcrübələrinin həm karyeralarında, həm də
“Amerika guşəsi”nə və Şəki icmasına necə kömək etdikləri barədə
maraqlanıb. 

“Amerika məkanları” proqramı Azərbaycan Dillər Universitetində
yerləşən flaqman Bakı Amerika Mərkəzi və Gəncə, Kürdəmir, Salyan,
Xaçmazda yerləşən, hal-hazırda Şəkidə, tezliklə isə Lənkəranda
açılacaq “Amerika güşələri”ni birləşdirir. Mərkəz və Guşələr
ingilis dilini təkmilləşdirmək, Birləşmiş Ştatlar barədə məlumat
əldə etmək, təhsil və mübadilə proqramları barədə daha ətraflı
öyrənmək və “Maker Space”də (Yaradıcılıq məkanında) yüksək
innovativ texnologiya layihələrində iştirak etmək imkanları
yaradır. Guşələr bacarıqların artırılması üzrə peşəkar proqramlar,
həmçinin, mühazirələr, ingilis dili danışıq klubları və hər bir
icma numayəndəsi üçün təcrübələrinin artırılması üzrə peşəkar
proqramlar təklif edir. 

Şəki “Amerika güşəsi” haqqında ətraflı
məlumat əldə etmək üçün
https://www.facebook.com/@ShekiACorner
feysbuk səhifəsinə daxil olun və ya 488-33-00, daxili:
3617 nömrəli ABŞ səfirliyinin Məlumat Mərkəzi ilə əlaqə
saxlayın. 

Teqlər: