İranda daha 117 nəfər koronavirusdan ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 3223 nəfər koronavirusa (COVID-19)
yoluxub, 117 nəfər ölüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi
Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 139 180 nəfərə,
yoluxanların sayı isə 7 130 129 nəfərə çatıb. Virus
daşıyıcılarından 2 531 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 6 791 854 nəfər koronavirusdan sağalıb, 48,3
milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda 145 milyondan çox vaksin vurulub. Birinci
mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 63,6 milyon, ikinci
mərhələ üzrə vaksinasiya olunanların sayı 56,3 milyon, üçüncü
mərhələ üzrə vaksinasiya olunanların sayı 25,3 milyon təşkil
edir.