Ermənistanla sülh danışıqları Azərbaycanın təklif etdiyi 5 maddə əsasında aparılmalıdır – Xələf Xələfov

Brüssel görüşündən sonra və ondan əvvəlki proseslər nəticəsində
belə bir qənaət var ki, Ermənistan tərəfi sülh sazişinə və
delimitasiya prosesinə başlamağa razılıq verib.

Trend-in məlumatına görə, bunu xarici işlər
nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında
bildirib.

O qeyd edib ki, bu istiqamətdə səylər davam etdirilir. Sülh
danışıqları Azərbaycanın təklif etdiyi 5 maddə əsasında
aparılmalıdır.

“Hər hansı əlavə şərtlərlə prosesə başlamaq məqsədəuyğun deyil,
çünki bu, prosesi pozmaq mənasına gəlir. Ermənistan tərəfindən
hələlik 5 maddəlik təklifdən imtina mövqesi sərgilənməyib”, – deyə
X.Xələfov əlavə edib.

Teqlər: